Avtomobil nömrələrini itirənlərin nəzərinə!

“Təmiz Şəhər” ASC fevral ayında “Azərpoçt” MMC-nin “Poçtap” xidmətinə 7 avtomobil və 1 ədəd motosiklet qeydiyyat nişanı taparaq təhvil verib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-in MMC-yə istinadən verdiyi məlumata görə, tapılan nömrələr bunlardır: 99GU092, P777AXRUS, 10BS760, 50CL661, 99BJ515, 10B342, 10EJ374, 59BB244. "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır. İtirilmiş sənədlər “Poçtap” sistemində 30 gün ərzində saxlanılır. Bu müddət başa çatdıqdan sonra sənədlər müvafiq strukturlara göndərilir.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "Poçtap" sosial layihəsi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” QSC, "Təmiz Şəhər" ASC, "BakuBus" MMC və “Azərpoçt" MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










