Avtomobil parkı sözün əsl mənasında təhlükə saçır - VİDEO

Ölkədə hazırda istismar olunan avtomobillərin 900 minə yaxını köhnədir. Bu isə Azərbaycanın avtomobil parkının köhnəldiyindən xəbər verir. Ekpsertlər məsələdən çıxış yollarını təklif edir? Təkliflərdə nələr var? Azərbaycanda avtomobillərin 80%-ni köhnəlmiş avtomobillər təşkil edir. Hazırda ölkədə istehsal tarixi 10 ildən artıq olan 900 minə yaxın avtomobil var. Bu azərbaycandakı ümumi avtomobillərin 77%-ni təşkil edir. Bununla yanaşı, ölkədəki avtomobillərin cəmi 1%-nin istehsal tarixi 2 ildən aşağıdır
Ekspert Ruslan Musayev bildirir ki, ölkədə avtomobil parkı sözün əsl mənasında təhlükə saçır. Çünkü köhnə avtomobillərin sayı günü-gündən artır. Ekspert deyir ki, ölkədə avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var. Əks halda köhnə avtomobillər ekologiyaya ciddi ziyan vurmaqla yanaşı, təhlükə mənbəyinə çevirilməkdə davam edəcək
Ekspert sözlərinə görə, hazırda bazarda köhnə avtomobillərə böyük tələbat var. Çünkü yeni avtomobillər bahadır. Kredit, lizinq şərtləri ağır olduğundan yeni avtomobil almaqda insanlar elə də maraqlı olmur. Ruslan Musayev bildirir ki, günü-gündən dünyada ekoloji cəhətdən təmiz hesab edilən elektrocarlara və hibrid mühərrikliavtomobillərə tələbat artır. Buna görə də, belə avtomobillər ölkəyə gətirilərkən müəyyən gömrük və vergi güzəştləri tətbiq edilməlidir.
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI












