Avtomobil qəzasına düşdüyü deyilən aktrisadan AÇIQLAMA

“Avtomobil qəzası keçirməmişəm. Bu camaat məndən nə istəyir, bilmirəm. 20 il əvvəl ayağım həyətin içində burxulmuşdu, onda da yazmışdılar ki, avtomobil qəzasına düşmüşəm. Sadəcə yıxılanda ayağım əzilib. Yaşlı adam olduğumdan sümüklərim zəifdir, odur ki, həkimlər uzanmağı tapşırıb”. Avtosfer.az xəbər verir ki, bu sözləri avtomobil qəzası keçirtdiyi deyilən aktrisa, əməkdar artist, tanınmış rəssam və "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə Publika.az-a danışarkən deyib. O bildirib ki, narahatçılığa əsas yoxdur: “Çox xahiş edirəm ki, mətbuatda avtomobil qəzası keçirdiyimlə bağlı xəbərlər yayımlanmasın. Çünki bu, yalan məlumatdır. Əgər avtomobil qəzası olsaydı, məhkəmə cinayət işi açılardı. Bilmirəm ki, bu məlumatı kim bir-birinə ötürür. Belə bir hadisə baş verməyib axı”.
72 yaşlı aktrisa onu da əlavə edib ki, “Dağıntılar altında” serialının çəkilişləri davam edir. Lakin ona dikdaban ayaqqabı çox geyinmək və gəzmək olmaz.
Qeyd edək ki, bu gün mətbuatda ulduzun avtomobil qəzası nəticəsində ayağı sındığı barədə məlumatlar yayılıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












