Avtomobil sahiblərinin diqqətinə: bu detalı ustalar sökərək başqasına sata bilərlər - VİDEO

Avtomobilində nasazlıq yarandığından ustaya müraciət edən şəxs maraqlı hadisə ilə üzləşib. Avtosfer.az-ın məlumatına görə, məlum olub ki, avtomobilin katalizator adlanan detalının içərisi başqa usta tərəfindən sökülərək götürülüb. Avtomobil ustası Rəsul Turabov deyir ki, son zamanlar bununla bağlı müraciətlər artıb. Katalizatorun içərisində bahalı metal olduğundan bəzi işbazlar onu sökərək çıxarır. Rəsul Turabov deyir ki, belə avtomobillər bir müddət normal işləsə də sonradan problemlər yaranır. Usta deyir ki, katalizator sistemində problem olan avtomobil sahibləri əslində böyük xərcə düşmədən də bu problemi həll edə bilərlər. Bunun üçün sadəcə katalizator sistemini yudurtmaq kifayətdir. Ustalar onu da bildirir ki, katalizator sistemi avtomobilin ən həssas detallarındandır. Vaxtında qulluq edilməsə gələcəkdə problemlər çox ola bilər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












