“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaiti 200 milyon manatdan aşağı düşüb

Bu il yanvarın 1-nə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 196 milyon manat təşkil edib ki, bu da ötən il yanvarın 1-nə nisbətən 21,5 % azdır.
Avtosfer.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən il Fondunun gəlirləri 330 milyon manat proqnoza qarşı icra 506,4 milyon manat və yaxud 176,4 milyon manat (1,5 dəfə) çox olub. Ümumi daxilolmalarda yol vergisi 135,9 milyon manat, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi 5,7 milyon manat, idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu 324,1 milyon manat, dövlət rüsumu üzrə isə 40,7 milyon manat təşkil edib.
Hesabat ilində Fondunun xərcləri 560 milyon manat təşkil edib. Bu vəsaitin 230 milyon manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına, 330 milyon manatı isə ölkənin digər ərazilərində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsinə, saxlanılmasına və istismarına yönəldilib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












