“Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazasının yaradılmasına başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazasının yaradılmasına başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report” Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. "Elektron məlumat bazasının yaradılması üçün avtomobil yolları haqqında məlumatlar toplanır. Bazaya daxil olmaqla yol infrastruktruru ilə bağlı məlumat əldə etmək mümkün olacaq. Bu ilin sonuna kimi ilkin variantin hazır olması, sonradan üzərində təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub", - o qeyd edib.
Xatırladaq ki, “Avtomobil yollarının dövlət reystri” elektron məlumat bazasının yaradılması "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub. Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işlərin icraçısı AAYDA-dır.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












