Avtomobildən 167 kq ölü heyvan cəmdəyi aşkarlanıb - FOTO

Göyçayda diri çəkisi 167 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Avtosfer.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Göyçay şəhəri, Ə.Məmmədxanlı küçəsində Hacıyev Soltan Ağaəli oğlunun avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə başı kəsilən, istehlaka yararsız, diri çəkisi 167 kq olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar olunub. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilib. Məlum olub ki, aşkarlanan heyvan cəmdəyi insan istehlakı üçün tamamilə yararsızdır. Agentliyin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Faktla bağlı araşdırma davam etdirilir.

Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI












