Avtomobildən 3600 ədəd siqaret aşkarlanıb – FOTO

Gömrükdə 3600 ədəd siqaret, 11 ədəd "Nemirovskaya" markalı spirtli içki aşkarlanıb. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "VAZ-21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.
Baxış zamanı minik maşınının ön oturacaqlarının içərisində və arxa oturacağın altında gizlədilən 3600 ədəd siqaret, habelə ehtiyat təkərin içərisində gizlədilən 11 ədəd "Nemirovskaya" markalı spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq


Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












