Avtomobildən külli miqdarda siqaret aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycana qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Komitədən Avtosfer.az-a verilən məlumata əsasən, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhərində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev İbrahim Əzim oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi Azərbaycanın aksiz markası ilə markalanmayan 5 000 ədəd "Marlboro Gold", 2 200 ədəd "Marlboro Flavor Code", 9 600 ədəd "Kent İnfina", 7 800 ədəd "Kent White", 19 200 ədəd "Kent Silver", 6 000 ədəd "Cavallo", 1 600 ədəd "Senator" markalı, ümumilikdə 51 400 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"











