Avtomobildən külli miqdarda siqaret və spirtli içki aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumatı əsasında, qanunsuz yolla gətirilən külli miqdarda siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı, nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və dişər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən, aksiz markası ilə markalanmayan 9580 ədəd "Marlboro Gold Edge", 2 000 ədəd "Parliament Carat", 1 000 ədəd "Marlboro Fine Touch", 1 000 ədəd "Milano London", 600 ədəd "Malimbo one", 1 200 ədəd "Parliament Super Slims", 400 ədəd "Parliament Aqua Blue", 1 400 ədəd "Kent Silver" markalı, ümumilikdə 17 180 ədəd siqaretlər və 4 ədəd 1 litrlik "Celsius" markalı araq, 2 ədəd 1 litrlik "Black Ram" markalı viski aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Namiq
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"















