Avtomobildən oğurluq edən şəxs saxlanılıb - Sumqayıtda

Sumqayıtda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini S.Şamilov yanvarın 30-na keçən gecə 52-ci məhəllədə “Hyundai” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə sənəd və bankomat kartlarının oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun yanvarın 27-də “Opel” markalı digər avtomlobildən monitor və videoqeydiyyat qurğusu, həmçinin 1 evdən 100 metr elektrik naqili oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
İlyas
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










