Avtomobildən qanunsuz dərman preparatları aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21154" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin yük yerində olan çantanın içərisindən 3 qutu "Methandienone 100", 20 qutu "Stanozolol 50 mg", 18 qutu "Enandrol 250 mg", 50 qutu "Propandrol 100 mg", 24 qutu "Sustamed 250 mg", 20 flakon "Nandroged 200 mg", 10 flakon "Dianoged 50 mg", 24 flakon "Sustoged 250 mg", hər birində 30 həb olmaqla 60 konvalyut "Oxanarol 10 mg", hər birində 25 həb olmaqla 57 konvalyut "Clenbuterol", hər birində 25 həb olmaqla 80 konvalyut "Turinarol 10 mg", hər birində 50 həb olmaqla 60 konvalyut "Turhoged 10 mg", hər birində 25 həb olmaqla 80 konvalyut "Winstrol 10 mg" dərman preparatları və 30 ədəd üzərində "Turhohed" yazılan boş dərman qutuları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO










