Avtomobildən qanunsuz elektron siqaretlər və onlar üçün alışqan cihazlar aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 3120" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda dam örtüyünün və yan divar örtüklərinin arxasından vətəndaşın gömrük nəzarətindən gizlətdiyi 68 400 ədəd "Parliament" markalı elektron siqaret və 27 ədəd "İqos" markalı elektron siqaret üçün alışqan cihaz aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar












