Avtomobildən qanunsuz mobil telefonlar və tütün məmulatları aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz C 240" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxa hissəsində xüsusi düzəldilmiş saxlanc yerindən 1 ədəd "Samsung Galaxy A9", 1 ədəd "Samsung Galaxy A6+" markalı mobil telefonlar və 800 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.
Bundan başqa, həmin gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Nissan Maxima" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsininə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin ön oturacaqlarının altında - xüsusi düzəldilən gizli saxlanc yerində 20 ədəd "Xiaomi Mi 9 SE" markalı mobil telefon, arxa buferin içində isə 5 ədəd mobil telefon qutusu aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












