Avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər həbs olunacaqlar

Bu gündən etibarən Gürcüstanda nəqliyyat vasitəsini narkotik, psixotrop və digər psixoaktiv vasitələrin təsiri altında idarə edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, narkotik vasitələrin təsiri altında avtomobilin idarəolunmasına qarşı cərimə və ya 1 ilə qədər həbs cəzası tətbiq olunacaq. Bununla yanaşı, qaydaları pozan sürücülər nəqliyyat vasitəsini idarəetmə hüququndan 3 il müddətinə məhrum olunacaqlar. Yeni qaydaların tətbiq olunması məqsədilə Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul polis departamentinin inspektoralrı müvafiq hazırlıq keçiblər. Bununla yanaşı, departament sürücülərin narkotik vasitələrdən istifadə edib-etmədiyini yerindəcə müəyyən edəcək Almaniya istehsalı olan narkotestlərlə də təchiz olunub. Qeyd edək ki, indiyə qədər qonşu ölkədə sürücülərin narkotiklərdən istifadə edib-etmədiyi laboratoriyada müəyyən olunurdu. Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum olunurdular.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












