Avtomobili onu həm həyata bağladı, həm də itirdiyi ayaqlarını əvəz elədi - VİDEO

Goranboy rayon Nərimanlı kənd sakini olan I qrup əlil Elşad Məmmədov 15 il əvvəl hər iki ayağından məhrum olsa da, sürücülük peşəsindən vaz keçməyib. Avtosfer.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, Elşad Məmmədovun səhhətində problemlər 1989-cu ildə başlayıb. Bütün müalicələrə baxmayaraq, 2004-cü ildə hər iki ayağını itirməli olub. Artıq ölüm haqqında düşünməyə başlayan müsahibimiz daha sonra maşın alıb, əllə idarə etmək üçün ona düzəlişlər etdikdən sonra yenidən həyata qayıtmağa başlayıb.
Hal-hazırda o, həm taksi sürücüsü kimi fəaliyyət göstərərək ailəsinə dəstək olur, hətta bəzi təmir işlərini belə, özü aparır. Sağlam adamların işsizlik barədə şikayətlərini isə gülüşlə qarşılayır, çünki özü ağır zəhmətin və hər bir çətinliyə baxmayaraq, işləməyə davam etməyin nə olduğunu çox yaxşı bilir. Onun sadiq dostu olan avtomobili isə sürücünü heç vaxt yolda qoymayıb.
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI












