Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA

Tanınmış vəkil Fərhad Mehdiyevin qızının Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirməsi bir daha yollarda təhlükəsizlik məsələsini gündəmə gətirib. Məlumata görə, motosikletlə avtomobilin toqquşması nəticəsində baş verən qəza ölüm ilə nəticələnib. Ümumiyyətlə, son illər yollarda nəqliyyat vasitəsinin nasazlıq səbəbindən dayanması və ya qəfil sıradan çıxması fonunda baş verən qəzalar da tez-tez müzakirə olunur. Belə hallarda hadisənin hüquqi məsuliyyət tərəfi və günahkarın müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, yol mədəniyyətinin hüquqla birbaşa əlaqəsi var:
“Biz tez-tez ölkədə qanunların işləməməsindən şikayətlənirik. Amma məsələ təkcə bununla bağlı deyil. Problem hüquqi mədəniyyətin aşağı səviyyədə olmasındadır. Hüquqi mədəniyyət nədir? Bu, ilk növbədə başqasının hüququna və haqqına hörmət etməkdir. Təəssüf ki, bəzən qanun pozuntularını normal hal kimi qəbul edirik. Yol hərəkəti mədəniyyətində də eyni vəziyyət müşahidə olunur. İstər sürücü, istərsə də piyada olaraq bir çoxumuz yol hərəkəti qaydalarını pozuruq. İcazə verilməyən yerlərdən yolu keçirik, qaydalara əməl etmirik. Bu səbəbdən də yol-nəqliyyat hadisələrinin sayının çox olması təsadüfi deyil. Yol mədəniyyətimizin səviyyəsi yüksəlmədikcə bu problemlər də davam edəcək. Əgər nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən yolda dayanıbsa, bu, sürücünün iradəsindən kənar baş verən hal hesab olunur”.
O qeyd edib ki, belə vəziyyətlərdə sürücü qəza işıqlarını yandırmalı, digər hərəkət iştirakçılarını xəbərdar etməli və mümkün təhlükəsizlik tədbirlərini görməlidir:
“Əgər bu tələblər yerinə yetirilibsə, həmin andan etibarən sürücünün hər hansı qəsdi və ya bilərəkdən yaratdığı təhlükə yoxdur. Çünki avtomobilin texniki nasazlıq səbəbindən yolda qalması istənilən sürücünün başına gələ biləcək haldır. Bu halda artıq yolda hərəkət edən digər sürücülər və piyadalar da daha diqqətli olmalı, yaranmış vəziyyəti nəzərə almalıdırlar. Sadəcə avtomobilin yolda dayanması avtomatik olaraq onun sürücüsünü təqsirkar etmir. Əlbəttə, konkret yol-nəqliyyat hadisəsində məsuliyyət məsələsi ayrıca araşdırılır və günahkar tərəf müəyyən edilir. Burada hadisənin hansı şəraitdə baş verməsi mühüm əhəmiyyət daşıyır. Məsələn, avtomobil həmin anda nasaz olub dayanıbsa, yoxsa artıq müəyyən müddətdir yolun kənarında və ya hərəkət hissəsində dayanmış vəziyyətdə olub? Bu kimi hallar araşdırmanın nəticəsinə təsir göstərir. Əgər nasaz avtomobil kifayət qədər görünən vəziyyətdə olubsa və digər sürücünün onu görmək imkanı var idisə, bu da qiymətləndirilən amillərdən biridir. Ona görə də hər bir hadisəyə ayrıca baxılır və yekun hüquqi qiymət konkret faktlar əsasında verilir”.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












