Avtomobillə piyadanı vuraraq öldürən sürücünün ibtidai istintaqı yekunlaşıb

Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Həsənov Əli Bəhlul oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən il dekabrın 9-da saat 22 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Həsənov Əli Bəhlul oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsində hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Məmmədov Bəhram İsmayıl oğlunu vurub, sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Daha sonra Ə.Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












