Avtomobillərdən 14 mobil telefon çıxdı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 14 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a bildirilib ki, İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "Kia Optima" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – ön oturacaqların arxa ciblərində gömrük orqanına bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A6", 1 ədəd "Samsung Galaxy A9", 1 ədəd "Samsung Galaxy J4+", 1 ədəd "Samsung Galaxy J6+", 1 ədəd "Samsung Galaxy J1 ace" və 1 ədəd "Huawei Y6" markalı, ümumilikdə 6 ədəd mobil telefon aşkarlanıb.
Digər bir məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "QAZ 31105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonunda gömrük orqanına bəyan olunmayan 2 ədəd "Samsung Galaxy J2 Prime", 3 ədəd "Xiomi Redmi 6" və 3 ədəd "Xiomi Redmi 6A" markalar olmaqla, ümumilikdə 8 mobil telefon aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq

“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












