Avtoservisdə təqib edib tıxacda güllələdi - Avtoritetin qətlində qadın izi - FOTO

Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb. Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb. Qətlin səbəbi isə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər iki nəfər T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin M.Budaqlı onun qəzəbindən yan keçə bilib.
Bu arada, qətlin qurbanı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış. İlkin dindirilmə zamanı saxlanılan şəxs iyunun 7-də M.Budaqlı ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisə törədilib.
Qeyd edək ki, qətldən dərhal sonra bu hadisənin digər kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əlaltısı Emin Səfərovun (Emin Masallinski) amansız qətli ilə bağlı olduğuna dair söz-söhbətlər yayılıb. Sonuncu mayın 10-da İsrafil Həşimov küçəsində baş vermiş kütləvi dava zamanı qətlə yetirilmişdi. Ancaq bu versiya öz təsdiqini tapmadı.
Xatırladaq ki, hadisə Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.
Adıçəkilən şəxslər 10-GD-021 dövlət nömrə nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçmaq istəyiblər.


Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










