Avtovağzal bayram günlərində 70 mindən çox sərnişin daşıyıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və bayram günlərində – 28 dekabr tarixindən, 2 yanvar da daxil olmaqla, 70 mindən çox sərnişinin ölkədaxili və beynəlxalq səfəri təmin edilib. Bu barədə Avtosfer.az-a Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Qurum rəsmisinin sözlərinə görə, gün ərzində sərnişinlərin daşınması üçün təxminən 80-ə yaxın əlavə avtobus cəlb olunub: "Respublikanın bütün bölgələrinə axın çox olub, amma Gəncə, Quba, Qusar, Xaçmaz, Astara, Şəki bölgələrinə, beynəlxalq reyslərdə isə Gürcüstana olan reyslər üstünlük təşkil edib".
P.Məmmədova bildirib ki, ən çox sərnişin sıxlığı 29 dekabr tarixində müşahidə olunub: "Həmin gün ərzində 17 minə yaxın sərnişin yola salınıb. 31 dekabrda isə digər günlərə nisbətən sərnişin sıxlığı az olub. Qiymətlərin daşıyıcı şirkətlər tərəfindən süni şəkildə artırılmasının qarşısını almaq, eləcə də kassaların fəaliyyətinə və bilet satışına nəzarət etmək üçün yaradılan xüsusi komissiya heç bir süni qiymət artımı aşkarlamayıb".
Fidan
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








