Avtovağzal və avtostansiya kompleksi gücləndirilmiş iş rejimində işləyəcək

Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimi iyunun 4-dən 7-nə qədər davam edəcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Avtosfer.az-a bildirilib ki, sərnişinlərə bayram günlərində yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərlər etmək tövsiyə olunmur.
Qeyd edək ki, ötən il 62 avtovağzal və avtostansiya kompleksindən Ramazan bayramı ilə əlaqədar ümumilikdə 54 min 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlara səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletləri öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etmək tövsiyə olunur. Region avtovağzallarından növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur.
DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə (012) 562-67-58 nömrəsinə zəng edərək məlumat versinlər. "Hello Nature-from the Capital to Nature" layihəsinə uyğun aksiyanın davamı olaraq regionlara səfərlərlə bağlı məlumat kitabçalarını nəqliyyat könüllüləri Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Fəvvarələr Meydanında turistlərə təqdim edəcəklər.
Namiq
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










