Avtovağzala giriş qiymətləri dəyişdi – TARİFLƏR

Son günlər KİV-də Bakı Avtovağzalında avtomobillərin girişi üçün vaxt limitinin ləğv olunması ilə bağlı müəyyən məlumatlar səsləndirilib. Avtosfer.az xəbər verir ki, sputnik-ə məsələ ilə bağlı avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova ilə əlaqə saxlayıb.
P.Məmmədova bildirib ki, tariflər istifadəçilərin xeyrinə dəyişdirilib və bundan əlavə, istifadəçilərə abunə kartları veriləcək. İstifadəçilər 30 manatlıq abunə kartı almaqla ay ərzində limitsiz istifadə haqqı əldə edə biləcəklər.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalına giriş-çıxış üçün verilən vaxt limiti (0-20 dəqiqə) ötən ayın 1-dən etibarən tətbiq olunan yeni qaydalardan sonra ləğv olunub.
O, qeyd edib ki, avtovağzal ərazisinə 2 tərəfdən giriş olduğu üçün tıxaca düşmək istəməyən sürücülər yuxarı girişdən avtovağzala daxil olaraq, buranı keçid məntəqəsi kimi istifadə edirdilər: "Avtovağzal ərazisindən qeyd etdiyim məqsədlər üçün istifadə edən sürücülər xaos yaranmasına səbəb olurdu. Yaranan sıxlıq sərnişinlərin avtovağzal ərazisində rahat hərəkətinə çətinlik yaradırdı. Ərazini keçid məntəqəsi kimi istifadə edən sürücülərin, eyni zamanda sərnişin qismində müştəri cəlb etmək üçün avtovağzala daxil olan taksilərin yaratdığı qarışıqlıq əllərində yükü olan, səfərə çıxmağa hazırlaşan sərnişinlərin avtovağzalın giriş hissəsinə daxil olmasına imkan vermirdi. Avtomobilini daha uzaq yerdə saxlayıb, yüklərlə o qədər məsafə qət etmək isə sərnişinlərin təbii narazılığına səbəb olurdu".
Məmmədovanın sözlərinə görə, vətəndaşın avtovağzala daxil olması, perrona qalxıb bilet alması və ya hər hansı bir yaxınını yola salması 20 dəqiqədən artıq vaxt tələb edir: "Bu da o deməkdir ki, girişin 0-20 dəqiqə pulsuz olması ərazinin yuxarıda qeyd edilən məqsədlərlə istifadəsinə gətirib çıxarırdı. Buna görə də dəyişikliyin edilməsinə ehtiyac vardı".
Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan yeni tarifləri təqdim edirik: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat).
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










