Avtovağzalı su basması xəbərinə aydınlıq gətirildi

Bəzi KİV-də və sosial şəbəkələrdə Bakı Beynəlxalq Avtovağzalını su basması barədə xəbərlər yer alıb. Avtosfer.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məsələ ilə bağlı məlumat verib.
O, yayılan xəbəri təkzib edərək bildirib ki, avtovağzalı su basmayıb: "Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan ərazidə su xətti partlayıb. Yəni məsələnin avtovağzala aidiyyəti yoxdur, qeyd etdiyim ərazidə su xəttinin partlaması nəticəsində bəzi yollarda problem yaranıb, problem də aidiyyəti qurum tərəfindən həllini tapıb. Bakı Beynəlxalq Avtovağzalında hər şey qaydasındadır".
Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Binəqədi rayonu, "Motodrom" yaşayış massivində magistral su kəmərində baş vermiş qəza nəticəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basmışdı. Həmin yolda avtomobillərin hərəkətində çətinlik yaranmışdı.
“Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da açıqlamasında bildirib ki, magistral kəmərin qəza baş verən hissəsində bərpa işləri tam başa çatıb: "Saat 13:30 radələrində kəmərdəki problem aradan qaldırılıb. Artıq xəttə su vurulub. Hazırda magistral su kəməri fəaliyyətini tam bərpa edib".
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










