Avtovağzalının saytında km-lər çox göstərilib: Bəs bunun səbəbi nədir? - VİDEO

Bakıdan İsmayıllıya məsafə 260 km göstərilib. Üstəlik gedişhaqqılar bu məsafələrə uyğun hesablanır. Bakı Beynəlxalq Avtovağzalın saytında İsmayıllı ilə yanaşı Balakən və digər bir neçə rayon istiqamətində km-lər çox göstərilib. Bəs bunun səbəbi nədir? Xəbərimizdən biləcəksiniz
Bakı Beynəlxalq avtovağzalının rəsmi saytında Bakıdan İsmayıllıya olan məsafə 260 km, Bakıdan-Balakənə olan məsafə isə 441 km göstərilib.
Gedişhaqqılar da bu məsafələrə uyğun olaraq İsmayıllıya 6 manat 20 qəpik, Balakənə isə 10 manat 60 qəpik olaraq hesablanıb.
Halbuki, bu rayonlara bakı-şamaxı-ismayıllı yolu ilə gedilirsə məsafə xeyli qısalır. Məsələn ağsu aşırımından keçməklə bakıdan ismayıllıya qədər olan məsafə 156 km, balakənə isə 330 km-dir. Burada isə 80-100 km-lik fərqin yarandığı, sərnişinlərin buna görə əlavə ödəniş etdiyi məlum olur. Həmçinin saytda aparılan qısa araşdırma zamanı o da aydın olur ki, Bakıdan Qəbələ, oğuz, şəki, qax, zaqatala rayonları arasında olan məsafə də artıq göstərilib.
Bunun səbəbini öyrənmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq. Xidmətin sektor müdiri Nuridə Allahyarova bildirdi ki, ötən ilin avqust ayından etibarən bəzi regional istiqamətlərdə, xüsusən də ağsu aşırımından keçməklə ismayıllı yolu ilə hərəkət edən marşurut xətlərinin hərəkət sxemi dəyişdirilib. Bu rayonlara gedən avtobusların istiqaməti az risqli, sərnişinlər üçün təhlükəsiz olan kürdəmir yolu ilə seçilib.
Nuridə Allayarova deyir ki, qanuni daşıyıcılar qarşısında bir başa tələbqoyulub ki, bu istiqamətlərdə gedən sərnişinlər kürdəmir yolu ilə daşınsın. Bu istiqamətin dəyişdirilməsi hələlik nəzərdə tutulmur.
Qurum rəsmisi onu da bildirdi ki, bu tələblərə əməl etməyən daşıyıcılar qanun çərçivəsində cəzalandırılacaqlar.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












