Avtoxuliqanlıq edən sərxoş sürücü yaxalanıb - FOTO

Oğuzda avtoxuliqanlıq edən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində polisin qanuni "saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.
Belə ki, "Opel” markalı 99-HM-794 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü "saxla” əmrinə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Avtomobilin sürücüsü Bakı şəhər sakini Vəfadar Nəbiyevin həm də sərxoş olduğu müəyyən olunub.
Sürücü V.Nəbiyev İnzibati Xətalar Məcəlləsininbir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək toplanmış material Oğuz Rayon Məhkəməsinə göndərilib.
Namiq


Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












