Axtarışda olan terrorçunun Türkiyəyə ekstradisiyası barədə qərar çıxarıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Türkiyə səfirliyinin, Ədliyyə Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri və Ö.Dumanın təqdimatın təqdim edilməsini istəyiblər.
Qərara əsasən, təqdimat təmin edilib. Məhkəmə Ö.Dumanın Türkiyəyə ekstradisiya olunması barədə qərar çıxarıb.
Qeyd edək ki, Ö.Duman daha əvvəl Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilərək həbs edilib və 7 il 6 ay həbsdə qalıb. O, həbsxanadan çıxandan sonra yenidən eyni əməllər törətməkdə davam edib.
Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları Ö.Dumanın barəsində axtarış qərarı çıxaran zaman o, ölkəsindən Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib.
Daha sonra Türkiyə Ö.Dumanı beynəlxalq axtarışa verib.
Ö.Duman Azərbaycana gələn zaman Dövlət Miqrassiya Xidmətinə müraciət edib və özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Ö.Duman Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və həbs edilib.
Məlumata görə, Ö.Duman terror təşkilatının üzvü olub, Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA










