Aylardır bağlı qalan bu yol nə vaxt açılacaq - DYP-dən CAVAB

Xəbər verdiyimiz kimi "Formula 1" Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar olaraq aprelin 22-dən Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Bu o deməkdir ki, Bakıda bir çox küçə və prospektlərində sıxlıq yaşanacaq. O cümlədən Neftçilər prospektinin bağlı olması vəziyyəti daha da ağırlaşdıra bilər. Doğrudur Lökbatan dairəsindən nəqliyyatın hərəkəti dairəvi yol istiqamətində yönləndiriləcək. Amma müəyyən problemlərin yaşanacaği gözləniləndir.
Odur kı, Badamdar qəsəbəsində baş vermiş sürüşmə ilə əlaqədar olaraq Badamdar yolunun bağlanması vəziyyəti daha da acınacaqlı hala gətirib. Artıq bir neçə aydır ki, həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, alternativ yol kimi ordan istifadə edən sürücülər çox əziyyət çəkəcək.
Avtosfer.az məsələnin araşdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Oradan bildiriblər ki, hazırda həmin ərazidə təhlükə qaldığı üçün nəqliyyat vasitələrinin o yoldan istifadəsinə icazə verilməsi nəzərdə tutulmur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, məsələ araşdırılacaq, əgər müvafiq komissiya yolun açılmasına müsbət rəy versə o zaman həmin ərazidə avtomobillərin hərəkətinə icazə verilə bilər. Bütün bunlar isə aprelin 22-nə qədər öz həllini tapacaq.
Qeyd edək ki, həmin yol alternativ yol kimi çox böyük əhəmiyyət kəsb edir. Mərkəzi küçələrində hərəkət məhdudlaşdırıldıqda sürücülərin burdan istifadəsi zəruri hal ola bilər.
Orxan Əli
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










