Aytən Səfərovadan daha bir - AÇIQLAMA

Həkim mama-ginekoloq Aytən Səfərova barəsindəki iddialarla bağlı açıqlama yayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2010-cu ildən etibarən Azərbaycanda qadın xəstəlikləri üzrə fəaliyyət göstərdiyini və bu illər ərzində tibb sahəsinin inkişafı üçün xidmət göstərdiyini bildirib.
“İllərdir yüzlərlə pasiyentin sağlamlığı üçün çalışmışam. Peşə fəaliyyətimə hər zaman yüksək peşəkarlıq və məsuliyyətlə yanaşmışam. Hazırda fəaliyyətimi Baku Medical Plaza klinikalar şəbəkəsində davam etdirirəm. Haqqımda mediada yayılan əsaslandırılmamış məlumatlar həqiqətə uyğun deyil. Məni tanıyan və etibar edən hər kəsdən xahiş edirəm ki, yalnız rəsmi mənbələrə istinad etsinlər”, - deyə A. Səfərova söyləyib.
Aytən Səfərova həmçinin əməkhaqqı kartından 11 min manat məbləğində vəsait çıxarılması və bununla bağlı səsləndirilən iddialara da münasibət bildirib: “Kartımdan çıxarılan vəsaitlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Hazırda məsələ hüquqi müstəvidə araşdırılır və yekun nəticə barədə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, xəstəxananın vəzifəli şəxsləri tərəfindən Aytən Səfərovanın icazəsi olmadan ona yeni bank kartının sifariş olunması və hesabından 11 min manat vəsaitin mənimsənilməsi ilə bağlı iddia yayılmışdı.
“Caspian International Hospital”dan isə qeyd edilib ki, sözügedən iddialar əsassızdır.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












