AZAL dünyanın imtina etdiyi təyyarələri alır?

Efiopiya Hava Yollarına məxsus təyyarədə 157 nəfərin ölümü ilə nəticələnən qəzasının ardından bəzi ölkələr və şirkətlər Boinq-737-nin istifadəsinə qadağa qoyub. Yada salaq ki, ötən il İndoneziyada 189 nəfərin ölümünə səbəb olan qəzaya da Boinq-737 təyyarəsi düşmüşdü.
ABŞ Federal Hava Yolları İdarəsi isə “Boinq”in bu modellərində yenilənmələrin həyata keçiriləcəyini açıqlayıb. Belə anlaşılır ki, bu model təyyarələrdə nöqsanlar qeydə alınıb və bu səbəbdən də yenilənməyə ehtiyac duyulur.
Maraqlısı isə ondadır ki, ötən il Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov AZAL-ın dəvəti ilə Bakıya gələn ABŞ-ın “Boeing Commerical Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşü zamanı 2018-ci ildən Azərbaycana “Boinq 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacağını bildirmişdi. Hətta bunun üçün saziş də imzalanmışdı.
“Yaxın vaxtlarda AZAL-ın sərnişinləri daha bir yeni nəsil avialaynerdə səyahət edə biləcəklər. Belə ki, “Boinq” korporasiyası ilə imzalanmış sazişə əsasən, bu ildən (2018) Azərbaycana “Boinq 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacaq. 2020-ci ilin sonuna qədər isə onların sayı 10-a çatdırılacaq”, - C.Əsgərov açıqlamışdı.
Son hadisələr bu müqavilənin ləğvini gündəmə gətirə bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, hazırda Azərbaycanda “Boinq 737 MAX” təyyarələri yoxdur: “Bəli, belə bir məlumat var idi. Gətiriləcəkdi, ancaq gətirilmədi. Hazırda da ölkədə bu təyyarələrdən yoxdur, gətirilməyib, istifadə edilmir. Nə vaxtsa gətiriləcəyi barədə isə məlumatsızam”.
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO










