AZAL-ın 3 əməkdaşı sərnişinin şəxsi məlumatlarını paylaşdığı üçün işdən çıxarılıb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı məlumatı AZAL yayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb. Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub", - AZAL-ın məlumatında bildirilb.
QSC fotosu yayılan sərnişindən və Azərbaycan cəmiyyətindən üzr istəyib: "Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk".
Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderlərin məlumatlarını yaymışdı. Nazilə Muradova adlı şəxs özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












