AZAL sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrindən imtina edib

"Azərbaycan Hava Yolları" (AZAL) “Boeing” korporasiyasına sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin alınmasından imtina edib. Avtosfer.az xəbər verir ki. bunu ONA-ya açıqlamasında AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, AZAL artıq bu barədə "Boeing" korporasiyasını xəbərdar edib. Qeyd edək ki, bundan öncə AZAL sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin başqaları ilə əvəzlənməsini bildirmişdi. "737 MAX 8" təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğuğu kimi proses dayandırılmışdı. AZAL "Boeing" korporasiyasından 10 "Boeing 737 MAX 8" tipli təyyarə sifariş edib. Xatırladaq ki, son yarım il ərzində iki "Boeing 737 MAX" təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












