Azərbaycan Avropaya dəmir yolu marşrutu işə salacaq

Ukrayna, Gürcüstan və Azərbaycan Çindən Avropaya dəmir yolu marşrutu qurmaq və onu 2020-ci ilə qədər işə salmaq niyyətindədir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur nazirinin müavini Yuri Lavrenyuk Odessada keçirilən "Ukrainian Ports Forum 2019"da bildirib. "Hazırda Azərbaycan, Gürcüstan və Ukraynanın dəmir yollarının korporasiyasının yaradılması, Xəzər dənizi və Ukraynadan keçməklə Çindən Avropaya qədər uzanan dəmiryol marşrutunun işlənin hazırlanması üzrə əməkdaşlıq və iş davam edir. Xəzər dənizində iki bərə "Azərbaycan Dəmir Yolları"na xidmət göstərir. "Ukrayna Dəmir Yolları"nın da balansında hazırda iki bərə var və onlardan birgə fəaliyyət üçün istifadə edilməsi planlaşdırılır. İndi qarşıda dayanan əsas məsələ buraxıcılıq imkanlarını artırmağa və bütün yükləri Ukraynadan göndərməyə imkan verəcək vahid marşrut və vahid tarif müəyyənləşdirməkdir", - Y.Lavrenyuk deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi bu layihə çərçivəsində üzərinə düşən öhdəliklərin təxminən 80 faizini yerinə yetirib və layihənin işə salınması 2019-cu ilin sonuna nəzərdə tutulub.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












