"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib

"Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Ramazan bayramı münasibətilə gücləndirilmiş iş rejiminə keçib. Avtosfer.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. Məlumatda deyilir ki, bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar, rahat və ucuz nəqliyyat vasitəsi kimi, vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. Bunu nəzərə alan ADY-nin Sərnişin daşımaları departamentinin kollektivi gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.
Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonlar qoşulur. Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
Fidan
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












