"Azərbaycan Dəmir Yolları" sərnişinləri belə təbrik etdi - FOTO

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi sərnişin qatarlarında vətəndaşlara göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirir. Martın 19-da Bakı sərnişin stansiyasında sərnişinlərin bayram əhval-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi keçirilib.Qədimdən bu günədək gəlib çıxan, yaddaşlarda özünə yuva quran Novruz bayramı yalnız adət-ənənələri ilə deyil, həmçinin milli-mənəvi xüsusiyyətləri ilə də yaddaşlarda yaşayır. Bayram tədbiri əvvəlcə Bakı sərnişin stansiyasında keçirilib, sonra Bakı-Sumqayıt-Bakı elektrik qatarında davam etdirilib.
Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Qatarda olan balaca sərnişinlərə bayram hədiyyələri təqdim olunub.
Sərnişinlər onlara göstərilən diqqətə görə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Fidan
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı























