Azərbaycan, Ermənistan və Türkiyə arasında ən qısa yol istifadəyə verilir

“Cənubi Qafqazda nəqliyyat yollarının yenidən açılması, azad ticarətin asanlaşdırılması və Avropa və Asiya da daxil olmaqla, müxtəlif regionları birləşdirən daha geniş iqtisadi şəbəkələrə investisiya qoyuluşu deməkdir”.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.
O hesab edir ki, bu mənada Cənubi Qafqaz Cənub-Şimal, Şərq-Qərb kəsişməsində unikal qovşağa çevrilə bilər:
“Bölgədə irəli sürülən təşəbbüslər, həyata keçirilən Orta Dəhliz və Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında malların, enerji resurslarının, fiber-optik kabellərin maneəsiz bağlantısı hamı üçün qarşılıqlı maraq kəsb edir. Bu baxımdan, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regionumuzun qarşılıqlı əlaqəsini real iqtisadi imkanlara və nəticələrə çevirəcək əsas amilə çevrilə bilər”.
Xaçaturyan qeyd edib ki, əvvəllər Cənubi Qafqaz Avropa qonşuluğu və ya şərti sərhədi hesab olunurdusa, bu gün heç bir layihə onsuz strateji əhəmiyyətə malik ola və potensialını tam şəkildə reallaşdıra bilməz.
O əlavə edib ki, yeni təşəbbüslər çərçivəsində Xəzərlə Mərmərə dənizləri arasında Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçən ən qısa yol istifadəyə verilir: “Bir şey aydındır: kanalların açılması iqtisadi azadlığa, bu da öz növbəsində açıq bazar münasibətlərinə, birbaşa investisiyalara və sairə gətirib çıxarır”.
Vaaqn Xaçaturyan “Tramp Marşrutu”nun bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












