"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan

"Silahlı olmasına baxmayaraq, Azərbaycan əsgəri saxlanılarkən heç bir müqavimət göstərməyib və anladığım qədəri ilə xəsarət alıb".
Avtosfer.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri bu gün parlamentdə Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
O, saxlanılma anını əks etdirən kadrların yayılmamasının səbəbinin məhz bu ola biləcəyini istisna etməyib. Bununla yanaşı, Paşinyan belə bir çəkilişin aparılıb-aparılmadığını dəqiq deyə bilməyib, məsələni aydınlaşdıraraq əlavə məlumat verəcəyini vəd edib. Baş nazir, həmçinin hüquq-mühafizə orqanlarından insanların saxlanılma kadrlarının ictimailəşdirilməsindən çəkinmələrini xahiş edib.
"Davamlı olaraq səslənən suallar bunlardır: erməni, türk, azərbaycanlı. Buna nə üçün xüsusi diqqət yetirilir? Bu nə verir? Həmin hadisənin mediada gördüyümüz bütün bu spekulyasiyalarla heç bir əlaqəsi yoxdur. Vəziyyət o yerə çatıb ki, bəzi insanlar bərqərar olunmuş sülhü şübhə altına alırlar, baxmayaraq ki, bu hadisədən əvvəl də belə şübhələr var idi. Həmin şəxslər üçün nəyin, niyə və hansı şəraitdə baş verdiyi heç bir əhəmiyyət kəsb etmir", - deyə Paşinyan əlavə edib.
Xatırladaq ki, oktyabrın 1-də saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə sərhədi keçərək Şəki (Zəngəzur) kəndi istiqamətində əraziyə daxil olan hərbçimiz barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












