"Azərbaycan gömrüyü bütünlüklə e-ticarətə keçəcək" - Səfər Mehdiyev

"Azərbaycanın gömrük sahəsində əldə olunan böyük uğurlar ölkədə reallaşdırılmış islahatların nəticəsidir". Avtosfer.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən "İqtisadi islahatlar: sahibkarlığın inkişafı və şaxələndirilməsi" beynəlxalq konfransında deyib.
Komitə sədrinin sözlərinə görə, son 15 il ərzində Azərbaycanda keçirilmiş islahatlar nəticəsində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox investisiya qoyulub ki, bunlardan 110 milyard dollardan çoxu xarici investisiyaların payına düşür.
S.Mehdiyev daha sonra bildirib ki, ixrac və idxal əməliyyatlarının sadələşdirilməsi məqsədi ilə gömrük komitəsində son zamanlarda vacib tədbirlər görülür: "Elektron ticarət"ə tam keçid üçün iş aparılır. Bu gün Azərbaycanda gömrük komitəsinin göstərdiyi xidmətlər dünyanın öncül ölkələrinin gömrük komitələrinin göstərdiyi xidmətlərə uyğundur".
Komitə sədri vurğulayıb ki, son üç il ərzində gömrük komitəsi yalnız nağdsız hesablaşmalarla əməliyyatlar aparır. O əlavə edib ki, "Yaşıl dəhliz" sisteminin tətbiqi ölkədə reallaşdırılmış uğurlu islahatların nəticəsidir: "Bu sistem sayəsində sahibkarlar insan amilinin təsiri olmadan gömrük əməliyyatlarını keçirə bilər. Bütün bu tədbirlər məmurlarla vətəndaşlar arasında ünsiyyəti minimuma endirir".
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA










