Azərbaycan Orta Dəhlizin dayağıdır - Türkiyəli ekspert

Azərbaycan limanları, dəmir yolu şəbəkələri və müasir gömrük infrastrukturu ilə Orta Dəhlizin dayağıdır. Bu barədə Avtosfer.az-a müsahibəsində Türkiyədən olan logistika və nəqliyyat eksperti, “Middle Corridor Logistics” şirkətinin nümayəndəsi Hilal Ağun bildirib. O deyib ki, ölkənin strateji baxışı tranzit proseslərinin sürətləndirilməsi və logistika xərclərinin azaldılmasına yönəlib. Bu sahəyə investisiyalar təkcə Azərbaycanın deyil, bütün Orta Dəhlizin rəqabət qabiliyyətini artırır. Əməkdaşlıq formalarına gəlincə, ekspert vurğulayıb ki, əsas diqqət məlumat mübadiləsi, rəqəmsal izləmə sistemləri və proseslərin standartlaşdırılmasına yetirilir. Prioritet sahələr arasında limanlar və dəmir yolları arasında inteqrasiya olunmuş planlaşdırmanı, sürətləndirilmiş gömrük rəsmiləşdirilməsini və birgə investisiya layihələrini qeyd edib. Ekspert diqqətə çatdırıb ki, gələcəkdə daha qabaqcıl logistika texnologiyalarının və yaşıl nəqliyyat sahəsində təşəbbüslərin reallaşdırılması da planlaşdırılır.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












