Azərbaycan, Rusiya və İran arasında ortaq dəmir yolu müzakirə olundu

Azərbaycan, Rusiya və İran arasında dəmir yolunun birləşdirilməsi layihəsinin həyata keçirilməsi qərara alınıb. Avtosfer.az-ın Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak İranın İsfahan şəhərində keçirilən İran və Rusiya İqtisadi və Ticarət Əməkdaşlığı Birgə Komissiyasının 15-ci iclasında deyib.
Nazir bununla əlaqədar İran, Azərbaycan və Rusiya rəsmiləri arasında üçtərəfli görüşün yüksək səviyyədə keçəcəyinə ümid etdiyini qeyd edib.
A.Novak daha sonra əlavə edib ki, Rusiya və İran arasında kənd təsərrüfatı məhsullarının nəqli məqsədilə dəniz nəqliyyat xəttinin yaradılması planlaşdırılıb.
Daha sonra İran və Rusiya arasında ticarət dövriyyəsinin artdığını qeyd edən rusiyalı nazir bildirib: "2019-cu ilin 21 mart - 20 aprel tarixləri arasında İran Rusiyaya 26 milyon dollar dəyərində məhsul ixrac edib, Rusiyadan isə 62 milyon dollar dəyərində məhsul idxal edib. Ötən ilin analoji dövrü ilə müqayisədə məhsul ixracı 9%, idxalı isə 62% azalıb".
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












