Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər

Dağıstanda Yaraq-Qazmalar məntəqəsindən dəmiryol nəqliyyatının keçidi sadələşdirilə bilər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Soçidə investisiya forumunda Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib. Nazir müavini bildirib ki, bu il həmin buraxılış məntəqəsinin inkişafına maliyyə vəsaiti ayrılıb və görüləcək işlər sayəsində Yaraq Qazmalar məntəqəsinin buraxılış qabiliyyəti artacaq, sərnişinlərin və sərnişin nəqliyyatının keçidi sadələşdiriləcək: "Həmçinin qatarların hərəkəti zamanı sərhəd keçidinin daha tez rəsmiləşdirilməsi barədə danışıqlar aparılması planlaşdırılır".
O.Ruhullayevanın sözlərinə görə, Rusiya və Azərbaycan arasında sadələşdirilmiş sərhəd keçidi rejimi beynəlxalq turizm marşrutunun yaradılmasına imkan verəcək ki, bu da tez bir zamanda iki ölkə arasında turist mübadiləsini stimullaşdıracaq.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










