Azərbaycan və İran birgə avtobus istehsal edəcək

Sabah Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanacaq. Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda məlumat verib. Nazir iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu da deyib: “2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74% artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, tranzit daşımaları sahəsində əlaqələrimiz genişdir və əməkdaşlığımız regional əhəmiyyətə malikdir. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi əlaqələrimizdə mühüm əhəmiyyət kəsb edir. Keçən il bu dəhlizlə yük daşımaları 10 dəfədən çox artıb. Gələn ilin sonuna qədər Bakıdan İranla sərhədə qədər olduğu kimi, Rusiya ilə sərhədə qədər də yeni avtomobil yolu istifadəyə veriləcək. İran sahibkarları yüksək səviyyəli infrastrukturdan istifadə edib yüklərini daşıya biləcəklər".
Emin
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil










