Azərbaycan və Rusiyanı birləşdirən nəhəng körpü bu il istifadəyə veriləcək

Bu il Bakı-Rusiya sərhədi avtomobil yolunda, Samur çayı üzərində inşa edilən körpünün tikintisi başa çatdırılacaq. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Bu gün, həmçinin Bakı-Rusiya sərhəddi avtomobil yolunun ikinci mərhələsini yekunlaşdıracağıq. İkinci mərhələ dedikdə yəni, Hazı Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər olan 30 kilometrə yaxın 1-ci texniki dərəcəli yolun tam bərpasını başa çatdırıb istifadəyə verəcəyik. Bundan əlavə, Samur çayı üzərində uzunluğu 325 metr, eni 17,5 metr olan körpünün tikintisini başa çatdırmaq və həmin körpüdən Bakı istiqamətində yeni 4 cərgəli avtomobil yolun 39 kilometr hissəsini də başa çatdırıb istismara verəcəyik".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












