Azərbaycana 6000-dən çox kənd təsərrüfatı texnikası gətirilib

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6 030 vahid kənd təsərrüfatı texnikası gətirilib.
Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2018-ci il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına, ümumilikdə, 197,9 mln. manat dəyərində 118 vahid taxılyığan kombayn, kombayna qoşulan 27 vahid biçici aqreqat, 101 vahid pambıqyığan kombayn, 13 vahid çuğundur çıxaran, 1346 vahid müxtəlif növ traktor, 588 vahid traktor yedəkləri (qoşqular), 692 vahid kotan satılıb.
Bundan başqa, ötən il ərzində ölkədə 219 vahid mala, 259 vahid kultivator, 89 vahid ot biçən, 32 vahid ot dırmığı, 60 vahid ot, küləş presləyən, 212 vahid çiləyici və tozlayıcı, 652 vahid səpici aqreqat, 65 vahid gübrəsəpən, 25 vahid bağarası frez, 30 vahid taxıl (toxum) təmizləyən və 634 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










