“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA

Milli Məclisdə “Azərbaycançılıq institutu”nun yaradılması təklifi irəli sürülüb. Belə bir təşəbbüs milli ideologiyanın qorunması, azərbaycançılıq məfkurəsinin təbliği və cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi məsələlərini gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, institutun yaradılmasının hansı zərurətdən irəli gəldiyi, onun hansı istiqamətlərdə fəaliyyət göstərməli olduğu və milli kimliyin qorunmasında hansı rolu oynaya biləcəyi müzakirə mövzusudur. Bəs belə bir institutun yaradılması hansı ehtiyacdan irəli gəlir və onun əsas fəaliyyət istiqamətləri nələr olmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili Avtosfer.az-a açıqlamasında bildirib ki, “Azərbaycançılıq İnstitutu”nun yaradılmasını təklif edərkən əsas məqsədim Ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq milli ideologiyasının sistemli şəkildə öyrənilməsi, məzmununun müasir dövrün tələblərinə uyğun izah olunması və təbliği üçün elmi əsaslı materialların hazırlanmasıdır:

''Azərbaycançılıq xalqımızı ortaq Vətən, dövlətçilik və milli dəyərlər ətrafında birləşdirən ideologiyadır. Bu ideologiyanın mahiyyətini hər bir vətəndaşa, xüsusilə gənc nəslə aydın və anlaşılan dillə çatdırmaq mühüm vəzifədir. İnsanlar onun öz həyatları, ölkənin bu günü və gələcəyi üçün nə ifadə etdiyini görməlidirlər. İnstitutun əsas işi azərbaycançılığın başlıca prinsiplərini sistemləşdirmək, Heydər Əliyevin bu sahədəki fikir və çıxışlarını araşdırmaq, onların əsasında müxtəlif auditoriyalar üçün təbliğat və maarifləndirmə materialları hazırlamaq olmalıdır. Müəllimlərin, jurnalistlərin, gənclərlə və diasporla işləyən qurumların istifadə edə biləcəyi kitablar, metodik vəsaitlər, sənədli filmlər və rəqəmsal məzmun bu fəaliyyətin konkret nəticələri ola bilər. Bu gün ünsiyyət vasitələri və insanların məlumat alma vərdişləri dəyişir. Ona görə də milli ideologiyanın təqdimat dili və üsulları da yenilənməlidir. Azərbaycançılığın əsaslarını qoruyaraq, onun məzmununu gənclərin maraq göstərdiyi formatlarda təqdim etməli, onların suallarına dolğun cavab verməliyik. Belə bir institut bu sahədə çalışan qurumları elmi və metodik baxımdan dəstəkləyən mərkəz ola bilər. Məqsəd azərbaycançılıq ideologiyasının daha dərindən mənimsənilməsinə, milli birliyimizin və dövlətçiliyə bağlılığımızın möhkəmlənməsinə xidmət etməkdir''.
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












