Azərbaycanda Amerikan Rüzgarı!

Amerikada belə bir əfsanə var. Hər gələn prezident xalqı salamlamaq üçün mütləq ki, Ağ Ev-dən Cadillac ilə çıxmalıdır. Səbəb olaraq da o göstərilir ki, prezident o lyuksa, komforta və eleqantlığa ilk səfərdən alışmağa başlamalıdır. Sayılan bu 3 cəhət bir müddət sonra bütün dünyada yalnız amerikan prezidentləri ilə çərçivələnmədi. Dövlət adamları, iş adamları da bu həzzi dadmaq istədi. Cadillac eyni zamanda dünyada risk edə bilən cəsarətli insanların maşını kimi mövqelənib. Cadillacın prezidenti Johan de Naicen çıxışlarının birində belə deyib: “Premium seqmentdə dünya səviyyəsində tanınıb, mükəmməllik simvolu halına gələ bilmək üçün, yalnız dəbi təqib etmək kifayət deyil. Amerikanın ən önəmli prezidentlərindən biri olan Theodore Ruzveltin dediyi kimi: tarixi - «tənqid edib, kənara çəkilənlər» yox, cəsarət edib risk alanlar yazır. Cadillac-ın sərt duruşu, zəhmli baxışı, ağırlığı sanki yüksək həyat təcrübəsi olan, həyatda gördüyü işlərlə uğur qazanmış bir iş adamını, güclü dövlət işçisini xatırladır. Avtomobilə qarşı bu bənzətmə insanda yalnız eksteryerdən deyil, klassikasını qorumuş zərif interyer ilə də formalaşır. Cadillac Escalade-nin sloqanı olan “Cəsarət Et” şüarı ilə isə ağıllardakı bütün şübhələri qaldırır və alıcısını da bu cəhdi etməyə cəsarətləndirir.
Bir çox Amerikan markalarını ölkəyə gətirən, tanıdan və o Amerikan avtomobili ənənəsini, başqa adla desək “Amerikan Rüzgarını” Azərbaycanda yaşadan «Ideal Motors», bu dəfə də ənənəsindən yan keçmədi. Yeni Cadillac Escalade və Chevrolet Traverse modelləri ilə artıq Ideal Motors salonlarında tanış ola bilərsiniz.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










