Azərbaycanda avtomobil sığorta bazası niyə genişlənib? - İQTİSADÇI

Ölkədə avtomobil sığortası bazarında son illərdə artım müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, bu artım həm sığortalanan nəqliyyat vasitələrinin sayının çoxalması, həm də sığorta haqlarının yüksəlməsi ilə əlaqələndirilir.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda avtomobil sığortası bazarının böyüməsinin əsas səbəblərindən biri ölkədə avtomobillərin sayının artmasıdır:

"Nəqliyyat vasitələrinin sayının çoxalması icbari avtomobil sığortasına tələbatı da artırır və bu, bazarın həcminin genişlənməsinə təsir göstərən əsas amillərdən biri hesab olunur. Son dövrlərdə icbari avtomobil sığortası üzrə tariflərdə baş verən artım da bazarın maliyyə göstəricilərinin yüksəlməsində mühüm rol oynayıb. Belə ki, həm sığortalanan avtomobillərin sayının çoxalması, həm də sığorta haqlarının artması nəticəsində bazarda yığılan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artıb. Bu isə bazarın dəyər ifadəsində böyüməsinə səbəb olub. İcbari avtomobil sığortası xidmətlərinin əlçatanlığı və operativliyi də əvvəlki illərlə müqayisədə yaxşılaşıb. Hazırda sığorta şirkətlərinin xidmət göstərmə sürəti artıb, vətəndaşların müraciətlərinə baxılması və sığorta proseslərinin icrası daha çevik həyata keçirilir. Bu səbəbdən xidmətlə bağlı əvvəlki dövrlərlə müqayisədə şikayətlərin sayı da azalıb. Bazardakı artımın əsas səbəbi xidmət keyfiyyətinin yüksəlməsi deyil. Burada daha çox qiymət artımı və sığorta haqlarının yüksəlməsi rol oynayır. Yəni avtomobil sığortası bazarında müşahidə olunan böyümə əsasən maliyyə dövriyyəsinin genişlənməsi ilə bağlıdır. Başqa sözlə, söhbət daha çox bazarın dəyər baxımından böyüməsindən gedir, kəmiyyət baxımından isə artım nisbətən məhduddur".
Fatimə
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












