Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?

Azərbaycanda biznes kreditlərinin həcmi 17 milyard manatı ötüb. Sahibkarlara verilən kreditlərin artması biznes aktivliyinin yüksəldiyini göstərsə də, bu artımın əsas səbəbləri və sahibkarların kreditlərdən hansı məqsədlərlə istifadə etdiyi maraq doğurur.
Avtosfer.az xəbər verir ki, bu ilin iyulun 1-nə bankların kredit portfelində biznes kreditlərinin payı 54%-ə çatıb. Bəs sahibkarlar daha çox hansı məqsədlər üçün kredit götürür?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, redkitlərin artması, xüsusilə biznes kreditlərinin artması müsbət haldır:

"Amma ümumi kredit portfelinin ÜDM-ə nisbətinə baxdıqda, Azərbaycanda bu göstəricinin həddən artıq aşağı olduğunu görürük. Hətta qonşu dövlətlərdə vəziyyət daha yaxşıdır. Ümumiyyətlə, kredit portfelinin iqtisadiyyata nisbəti baxımından Azərbaycan regionda ən aşağı göstəricilərdən birinə malikdir. Bunun müxtəlif səbəbləri var. Hələ də bizneslərin kredit götürmək imkanları geniş deyil. Biznes kreditlərinin artması müəyyən qədər iqtisadi aktivliyin yüksəlməsi ilə bağlıdır.
Eyni zamanda faiz dərəcələri və inflyasiya artıb. İnflyasiya isə daha çox vəsaitə ehtiyac yaradır. Müəyyən qədər iqtisadi artım da var və qeyri-neft sektoru inkişaf edir. Amma ümumilikdə kreditləşmənin səviyyəsi hələ də aşağıdır və potensial səviyyəsindən xeyli geridə qalır. Bizneslərin kredit götürə bilməməsinin əsas səbəblərindən biri iqtisadiyyatın qeyri-neft sektorunun kiçik olması, şəffaflığın aşağı səviyyədə qalması, bizneslərin hesabatlılığının və institusional inkişafının zəif olmasıdır. Kreditlərə tələbin artmasının səbəblərindən biri də inflyasiyadır. İnflyasiya şəraitində bizneslərin daha çox vəsaitə ehtiyacı yaranır".
Fatimə
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












