Azərbaycanda dizel yanacağı istehsalı artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 461,1 mln. manat dəyərində neft məhsulları istehsal edilib. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,2% çoxdur.
Hesabat dövründə 199,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu məhsulunun istehsalında 4,6% azalma qeydə alınıb. Bu il martın 1-i tarixinə ölkədə 78,4 min ton həcmində avtomobil benzini ehtiyatı olub.
Bu ilin iki ayı ərzində 339,4 min ton dizel yanacağı, 53,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 103,5 min ton ağ neft istehsal edilib. Dizel yanacağının istehsalı 3,4%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 43,6%, ağ neft istehsalı 16,7% artıb.
Hesabat dövründə 9,7 min ton yanacaq mazutu, 2,4 min ton sürtkü yağları, 24,3 min ton neft bitumu, 40 min ton neft koksu istehsal edilib ki, yanacaq mazutunun istehsalında 21,8%, sürtkü yağlarının istehsalında 4%, neft bitumunun istehsalında 33,2%, neft koksunun istehsalında 1,2% azalma qeydə alınıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












