Azərbaycanda dizel yanacağı istehsalı artıb

Bu ilin I rübü ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 735,1 mln. manat təşkil edib. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 1,4% çoxdur.
Hesabat dövründə 302,8 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin I rübündən 1,6% azdır. Bu il aprelin 1-nə 79,9 min ton avtomobil benzini ehtiyatı olub.
Yanvar-mart ayları ərzində 515,6 min ton dizel yanacağı, 154,2 min ton ağ neft, 78,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin istehsal edilib ki, dizel yanacağının istehsalında 5,9%, ağ neftin istehsalında 9,8%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 36,8% artım qeydə alınıb.
Eyni zamanda I rübdə 18 min ton yanacaq mazutu, 4,9 min ton sürtkü yağları, 39,4 min ton neft bitumu, 61,2 min ton neft koksu istehsal edilib. Yanacaq mazutunun istehsalı 8,6%, sürtkü yağlarının istehsalı 5,8%, neft bitumunun istehsalı 33%, neft koksunun istehsalı 3,8% azalıb.
Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır? - AÇIQLAMA
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - WUF13
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə
D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI
Yüzlərlə yük avtomobili sərhəddə qaldı: “7 gündür yollardayıq” - VİDEO
Mayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir
Çexiya baş nazirinin Azərbaycana səfəri ölkəmizə nə qazandırdı? - POLİTOLOQ
Otuz avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək - Sərnişinlərin diqqətinə!
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
İlham Əliyev ailəsi ilə birlikdə İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Feysbuk və İnstaqram uşaqları qorumamaqda təqsirləndirilir - RƏSMİ










